Prezident İlham Əliyev avqustun 25-də “Qax rayonunun Qaxbaş kəndi ərazisində avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Qax rayonunun Qaxbaş kəndi ərazisində avtomobil yollarının yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 687 min manat ayrılıb.